745) Dermatomikoz zamanı müayinə ücün hansı material götürülür?
A) Qusuntu
B) Zədələnmiş dırnaq qırıntıları
C) Qan
D) İrin
E) Bəlğəm
Prosesin gedişindən asılı olaraq zədələnmiş dırnağın qırıntıları və s. müayinə edilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair”Bakı. 1998. Səh. 292
746) Qazanılmış immunçatışmazlıq sindromu virusların hansı fəsiləsinə aiddir?
A) Rabdoviruslar
B) Adenoviruslar
C) Retroviruslar
D) Papoviruslar
E) Herpes viruslar
Retroviruslar fəsiləsinə aiddir və immun sistemin T-hissəsini zədələyən virus infeksiyasıdır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 364
Dostları ilə paylaş: |