761) Maye qidalı mühitləri bərkitmək üçün ona nə əlavə edilir?
A) Öd
B) Şəkər
C) Qan
D) Pepton
E) Aqar-aqar
Aqar-aqar polisaxarid təbiətli maddə olub dəniz yosunlarından alınır. O, 450C temperaturda maye, ondan aşağı temperaturda isə bərk olur. Aqardan bərkidici, yəni mühitə forma verici maddə kimi istifadə edirlər. Patogen mikrobların əksəriyyəti üçün optimal temperatur olan 370C aqar-aqar bərk halda olur. Bu xassə onun səthində mikroorqanizmləri becərməyə imkan verir ki, ondan da bakterioloji təcrübədə geniş istifadə edilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 65
762) Mikroorqanizmlərin morfologiyasını öyrənmək üçün hansı müayinə üsulu tətbiq edilir?
A) Mikroskopik
B) Mikrobioloji
C) Seroloji
D) Bioloji
E) Allergik
Mikroskopik üsulun köməyi ilə patoloji materialdan yaxma hazırlanır, boyanır, mikroskopiya edilir. Mikrobların morfologiyası müəyyən edilir. Eyni zamanda əlavə elementlər (məsələn: kapsula, spor, qamçı və s.) mikroskopik üsulla aşkar edilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 8
Dostları ilə paylaş: |