816) Hansı üzvlərin epitel hüceyrələrində kirpikciklər yerləşir?
A) Həzm yollarında
B) Tənəffüs yollarında
C) Böyrəklərdə
D) Dalaqda
E) Qara ciyərdə
Epitelin sərbəst səthində kirpiklərə təsadüf olunur. Buna görə də bəzən bu epitelə kirpikli və ya ehtizazlı epitel də deyilir. Bu növ epitel nəfəs borusunun selikli qişasının üzərini örtür.
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 50 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 52-53
817) Təkqatlı yastı epitel hüceyrələri necə adlanır?
A) Mezenxim
B) Mezoteli
C) Endoteli
D) Mezoderma
E) Endoderma
Təkqatlı yastı epitel hüceyrələri mezotel də adlanır. Bu epitel seroz qişaların, plevranın, perikardın, peritonun azad səthlərini örtür. Mezotel böyük əhəmiyyət daşıyan xüsusi şirə ifraz edir. Məs: orqanları sürtünmədən qoruyur və orqanların rahat hərəkəti üçün şərait yaradır.
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 47 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 51-52
Dostları ilə paylaş: |