883) Materialı nədən azad etmək üçün yuyurlar?
A) Zəhərli maddələrdən
B) Selluloiddən
C) Qliserindən
D) Fiksəedicilərin qalıqların çöküntülərindən
E) Parafindən
Fiksə olunan materialın tərkibində fiksəedici məhlulların qalıqları və çöküntüləri qalır. Materialdan bunları azad etmək üçün yuyurlar.
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 168-169 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 4-5
884) Preparatları nə üçün rəngləyirlər?
A) Toxuma və hüceyrə quruluşunun mikroskopda yaxşı görünməsi üçün
B) Donan mühitdə saxlamaq üçün
C) Dekansizlətmək üçün
D) Toxuma kəsiyini susuzlaşdırmaq üçün
E) Kəsiklərdən donan məhlulları çıxartmaq üçün
Orqanizmin quruluşunu daha yaxşı seçmək üçün kəsiklər (preparatlar) rənglənməlidir. Rənglənmiş kəsiklərdə hüceyrənin quruluşu, forması daha yaxşı görünür. Kəsikləri rəngləmək üçün xüsusi boyaq maddələrdən istifadə edilir.
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 215 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 4-5
Dostları ilə paylaş: |