904) Dördgünlük malyariya zamanı bir eritrositin içərisinə neçə parazit düşür ?
A) Altı, səkkiz
B) Beş, altı
C) Bir
D) Dörd
E) Üç
Malyariya xəstəliyinin bütün növləri zamanı sağlam eritrositlərə iki-üç parazit düşdüyü halda, dördgünlük malyariya növündə eritrositlərə ancaq bir plazmodium düşür.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 43
905) Hansı qida vasitəsi ilə opistorxla yoluxma baş verir?
A) Balıq əti ilə
B) Yumurta ilə
C) Meyvə-tərəvəz ilə
D) Mal əti ilə
E) Su bitkiləri ilə
Opistorx sorucu qurdlar sinfinin nümayəndəsidir. Biohelmintdir. Onun yumurtaları aralıq sahibin bədənində inkişaf edir. Sürfə mərhələsi balıqların əzələsində invazion mərhələyə çatır. Yumurtalarla insanın yoluxması baş vermir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 62.
906) Romanovski üsulu ilə boyanmış preparatda plazmodiumun nüvəsi hansı rəngə boyanır?
A) Tünd qəhvəyi
B) Qara
C) Sarı
D) Tünd boz
E) Qırmızı albalı
Eritrositə daxil olmuş merozoid üzükvari trofozoidə çevrilir və eritrositin üçdə bir hissəsini təşkil edir. Romanovski üsulu ilə boyama zamanı parazitin nüvəsi qirmizi albalı rəngi alır.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 71.
Dostları ilə paylaş: |