907) Hansı materialın müayinəsi malyariyanın diaqnozunu təsdiqləyir ?
A) Mədə möhtəviyyatı
B) Limfa mayesi
C) Bronxial selik
D) Qan
E) Sidik
Malyariyanın dəqiq diaqnozu qanın müayinəsinə əsasən qoyulur. Bu məqsədlə qan yaxması və qalın qan damlası preparatları hazırlanır. Malyariya plazmodiumunun bütün növlərinin müxtəlif inkişaf mərhələləri malyariya tutmalarının bütün fazaları zamanı qan yaxmasında müşahidə edilir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 76.
908) Berman üsulu zamanı stronqiloid sürfələrinin hərəkəti nəyə əsaslanır?
A) NaCl məhlulunda aşkar edilməsinə
B) Askarid yumurtalarının məhlulun səthində üzməsinə
C) Sürfələrin həyatilik qabiliyyətinin təyin edilməsinə
D) Stronqiloid sürfələrinin istiliyə doğru hərəkət etmə qabiliyyətinə
E) NaNO3 məhlulunda aşkar edilməsinə
Bu üsulu yerinə yetirərkən şüşə qıfın içərisinə 40-450 qızdırılmış su tökülür. Tədqiqat materialı (nəcis) qıfın ağzına yerləşdirilmiş metal torun üzərinə qoyulur. Dörd saatdan sonra nəcisdə olan stronqiloid sürfələri qıfın içərisindəki isti suya doğru hərəkət edir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 177.
Dostları ilə paylaş: |