920) İki nüvəsi və 4 cüt qamçısı olan ibtidai hansıdır?
A) Trixomonad
B) Triponosom
C) Balantidiya
D) Leyşmaniya
E) Lyambliya
Lyambliyanın qidalandığı yer əsasən onikibarmaq bağırsaqdır. Vegetativ və sista forması vardır. Yetkin sistasının 4 nüvəsi olur ki, buda insan üçün patogen hesab edilir. Bu sistalar nəcislə ətrafa tökülür.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 34.
921) Cinsiyyət yollarının trixomonozu zamanı hansı material müayinə edilir?
A) Qan
B) Uşaqlıq yolu ifrazatı
C) Limfa düyünləri punktatı
D) Bəlğəm
E) Nəcis
Cinsiyyət yolları trixomonuzu cinsi yollarla keçir. Müayinə üçün uşaqlıq yolu ifrazatından nativ və rəngli preparat hazırlanır. Bundan əlavə müayinə materialı qidalı mühitdə əkilir. Diaqnostika üçün seroloji üsuldan da istifadə olunur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 39
922) Qan yaxması preparatında laborant Plazmodium-falsiparum (tropik) növünün morula mərhələsində neçə merazoid aşkar edir?
A) 12-24
B) 10-13
C) 8-10
D) 2-4
E) 5-6
Plazmodium növlərinin morula mərhələsində cavan merazoidlərin sayı müxtəlifdir. Ən çox merazoid tropik növün morulasında olur. Morulanın dağılması nəticəsində merazoidlər-cavan parazitlər azad olaraq yeni eritrositlərə daxil olur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 42.
Dostları ilə paylaş: |