982) Uzun müddət yüksək temperaturda saxlanmış qalın qan damlası preparatı hansı rəng alır?
A) Qara
B) Göy
C) Mavi
D) Sarı
E) Açıq qırmızı
Hazırlanmış qalın qan damlası preparatı uzun müddət yüksək temperaturda qalırsa o rəngini dəyişir və qara rəng alır.
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 158
983) Ibtidailər aşkar etmək üçün “asılan damla” üsulunu yerinə yetirərkən istifadə olunan məhlul hansıdır?
A) Kapron turşusu
B) Efir
C) Spirt
D) Qliserin
E) NaCl –in izotonik məhlulu
“
Asılan damla” üsulunu yerinə yetirərkən NaCl –in izotonik məhlulu sınaq şüşəsində qızdırılır. Ondan bir damla örtük şüşəsinin üzərinə qoyulur. Tədqiq ediləcək materialdan kiçik bir hissə məhlulun mərkəzinə yerləşdirilir. Örtük şüşəsi çevrilir və ortası çökük əşya şüşəsi üzərinə qoyulur, mikroskopda tədqiq edilir.
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 160
Dostları ilə paylaş: |