990) Aşağıdakılardan hansı qalın qan damlası preparatına aiddir?
A) Fiksə olunmur
B) Prepart çox nazik olmalıdır
C) Eritrositlər hemolizə uğrayır
D) Fiksə olunur
E) Kiçik böyüdücü ilə mikroskoplaşdırılır
Qan parazitlərini aşkar etmək üçün qan yaxması və qalın qan damlası preparatları hazırlanır. Preparatlar immersiya yağı ilə iri böyüdücü altında mikroskoplaşdırılır. Qalın qan damlası qan yaxmasından fərqli olaraq fiksə olunmur. Boyağın sulu məhlulunun təsirindən fiksə olunmamış eritrositlər hemolizə uğrayır, preparat şəffaflaşır. Bu isə parazitlərin tapılmasını asanlaşdırır.
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 154
Dostları ilə paylaş: |