998) Balıqçılar və su təsərrüfatı işçiləri arasında profilaktik tədbirlər hansı helmintoz zamanı aparılır?
A) Askaridoz
B) Enterobioz
C) Difillobotrioz
D) Trixinelloz
E) Nekatoroz
Balıqçılar və sahilyanı zonalarda yaşayan əhalinin əsas qida məhsulu balıq olduğu üçün onlar difillobotrioza daha çox yoluxur. Odurki, bu işçilər arasında profilaktik tədbirlər mütləq aparılmalıdır.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 76
999) Teniarinxozlu xəstə tibb məntəqəsinə müraciət edibsə, tibb işçisi diaqnoz məqsədilə hansı üsuldan istifadə etməlidir?
A) Berman
B) Sorğu üsulundan
C) İsupov və Broxorov
D) Qoryaçev
E) Sulman
Teniarinxozlu xəstə həm sərbəst olaraq, həm də defekasiya aktı zamanı öküz teniyasının buğumlarının çıxdığını görür. Buna görə də məntəqəyə müraciət edən xəstədən ilk növbədə qurdun yetkin buğumlarının sərbəst olaraq çıxması haqqında soruşur və xəstənin dediklərinə əsasən ilk diaqnozu qoyur.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 83
1000) Profilaktik tədbir olaraq hansı helmintoz zamanı otun, yem sahələrinin insanın nəcisi ilə çirklənməsinin qarşısı alınmalıdır?
A) Opistorxoz
B) Teniarinxoz
C) Paroqonimoz
D) Klonorxoz
E) Fassialyoz
Teniarinxozlu insan yaxşı bişməmiş mal ətini yedikdə yoluxduğuna görə, mal qaranın otlaq yerlərinin xəstə insanların nəcisi ilə çirklənməsinin qarşısı alınmalıdır. Bu məqsədlə yerlərdə qapalı ayaqyolular tikilməli və əhali arasında sanitar maarifi işi gücləndirilməlidir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 84
Dostları ilə paylaş: |