168) Sidikdə urobilin hansı üsulla aşkar edilir?
A) Qlükotest sınağı
B) Leqal sınağı
C) Fuşe sınağı
D) Lanq sınağı
E) Florens sınağı, ekspres-test
Urobilin sidikdə aşağıdakı üsullarla təyin edilir: Florens üsulu, Spektroskop üsulu, Ekspres test. Urobilini təyin etdikdə aşağıdakı hazırlıq işləri aparılmalıdır. Sidikdə zülal olarsa, zülal sidikdən azad edilməlidir, sidiyin reaksiyası zəif turş olmalıdır, bulanıq sidik süzülməlidir, sidikdə bilirubin olarsa, onu sidikdən təmizləmək lazımdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 25 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 38-40
Dostları ilə paylaş: |