186) Hipostenuriya nədir?
A) İfraz olunan sidiyin xüsusi çəkisinin daimi yuxarı olmasıdır
B) İfraz olunan sidiyin xüsusi çəkisinin daimi aşağı olmasıdır
C) Sutkalıq sidiyin miqdarının çox olmasıdır
D) Sidikdə zülalın olmasıdır
E) Sidiyin ifraz olunmamasıdır
Hipostenuriya – ifraz olunan sidiyin xüsusi çəkisinin daimi aşağı olmasıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 Səh 153
187) Hansı qıcıqlandırıcını yeritdikdə dərhal və təmiz mədə şirəsi almaq olar?
A) Kələm suyu
B) Ət suyu
C) Spirt
D) Histamin dəri altına
E) Kofein
Mədə sekresiyasının qıcıqlandırıcıları enteral və parenteral qruplara bölünür. Enteral qıcıqlandırıcılar çoxdur. İstifadə etdikdə bəzi çatışmamazlıqlar olur. Parenteral qıcıqlandırıcıları dəri altına, əzələ, vena daxilinə yeridilir və ona görə də yuxarıdakı çatışmamazlıqlar olmur. Parenteral qıcıqlandırıcılara histamin dəri altına yeridilir. Histamin güclü şirə ifraz etdirici keyfiyyətə malikdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 43 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 62
Dostları ilə paylaş: |