191) Mədə şirəsinin mikroskopik müayinəsində normada hansı elementlər olur?
A) Əzələ lifləri
B) Selik az miqdarda
C) Həzm olunmamış bitki hüceyrəsi
D) Leykosit çox
E) Birləşdirici toxuma
Mədə möhtəviyyatının mikroskopik müayinəsi mədənin evakuator funksiyası və selikli qişasının vəziyyəti haqqında məlumat verir. Xüsusilə ac qarnına götürülmüş mədə möhtəviyyatı müayinə edilir. Mədə möhtəviyyatında həmişə az miqdarda selik olmalıdır. Selik yarım şəffafdır. Normal mədə şirəsində qida qalıqları, mikroorqanizmlər olmur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 41 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 83-85
Dostları ilə paylaş: |