199) Normada mədə şirəsində bağlı turşuluq nə qədər olur?
A) 40-60 mmol/l
B) 10-20 mmol/l
C) 70-80 mmol/l
D) 25-40 mmol/l
E) 60-70 mmol/l
Mədə möhtəviyyatının kimyəvi müayinəsində digər turşuluqlarla yanaşı bağlı turşuluq da təyin edilir. Normada mədə şirəsində 10-20 mmol/l bağlı turşuluq olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 40-41
200) Atrofiya nədir?
A) Mədə möhtəviyyatında sərbəst xlorid turşusunun olmamasıdır
B) Ödün bağırsaqlara daxil olmaması və ya azalmasıdır
C) Orqan və toxumanın həcminin, kütləsinin kiçilməsi ilə yanaşı onların funksiyasının zəifləməsi və ya dayanmasıdır
D) Biopsiya yolu ilə götürülmüş materialdır
E) Qeyri-adi lokallaşma xüsusiyyəti
Atrofiya - orqan və toxumanın həcminin, kütləsinin kiçilməsi ilə yanaşı onların funksiyasının zəifləməsi və ya dayanmasıdır
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 Səh 151
Dostları ilə paylaş: |