222) Öd çatışmazlığı zamanı nəcisin rəngi necə olur?
A) Palıdı- qırmızı
B) Qəhvəyi
C) Sarı-qəhvəyi
D) Formalaşmış, palıdı
E) Ağ gil rəngində
Öd ifrazının çatışmamazlığı zamanı nəcis formalaşmış, bəzən formalaşmamış, rəngi ağ, giləbənzər, ağ-boztəhər, konsistensiyası bərk və ya yağa bənzər, reaksiyası turş, sterkobilini yoxladıqda reaksiya mənfi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 63 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 72
223) 12 barmaq bağırsaq möhtəviyyatı hansı zondla və üsulla götürülür?
A) Duodenal zondla 1 fazalı üsul
B) Yoğun zondla, birdəfəlik üsul
C) Nazik zondda, çox dəfəlik üsul
D) Duodenal zondla fraksion üsul
E) Nazik zondla, birdəfəlik üsul
Öd kisəsinin, öd çıxaran yolların funksional qabiliyyətini yoxlamaq üçün duodenal zonddan istifadə olunur və fraksion üsulla möhtəviyyat götürülür. Hər pay ayrı-ayrı sınaq şüşələrinə toplanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 50, 51 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 62-64
Dostları ilə paylaş: |