233) Nəcisdə yağ turşuları metilen abısı ilə hansı rəngə boyanır?
A) Palıdı rəngə boyanır
B) Göy rəngə boyanır
C) Qırmızı rəngə boyanır
D) Yaşıl rəngə boyanır
E) Narıncı rəngə boyanır
Yağ turşusu kristalları iynəcik və yumaqcıq şəkilli olub, 0,1%-li metilen göyü ilə göy rəngə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 56
234) Nəcisdə neytral yağlar hansı boyaqla boyanır?
A) Neytral qırmızı boyağı
B) Brillyant krezil abısı
C) Metilen göyü
D) Sudan III boyağı
E) Brillyant krezilin yaşılı
Neytral yağlar müxtəlif ölçüdə, rəngsiz, bəzəndə sarımtıl rəngli yağ dənəciklərindən ibarətdir. Sudan III boyağı ilə qırmızı, narıncı və ya tünd sarı rəngə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 56
Dostları ilə paylaş: |