245) Mədəaltı vəzin çatışmazlığı zamanı nəcis necə olur?
A) Formalaşmamış, yağlıtəhər, qələvi, çoxlu miqdarda əzələ lifləri, neytral yağ, sellüloz, nişasta
B) Bitki sellülozu, nişasta, formalaşmış, palıdı turş
C) Həzm olunmuş əzələ lifləri, yağ turşuları
D) Formalaşmış, qəhvəyi, turş, irinli
E) Qəhvəyi, turş formalaşmış, qanlı
Nəcis formalaşmamış, yağlıtəhər görünür. Rəngi boz-sarı, reaksiyası qələvi olur. Mikroskop altında külli miqdarda həzm olunmamış əzələ lifləri, neytral yağ, həzm oluna bilən sellüloz və nişasta, bəzən birləşdirici toxumada müşahidə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 63 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 72
Dostları ilə paylaş: |