349) Qoryayev kamerasında eritrositləri saymaq üçün hansı həcmdə qan götürülür?
A) 0,3 ml
B) 4 ml
C) 0,02 ml
D) 0,4 ml
E) 0,2 ml
Eritrositləri Qoryayev kamerasında saymaq üçün 4 ml 1%-li NaCl və ya Hayema reaktivi götürülür və üzərinə 0,02 ml həcmdə barmaqdan qan götürülür, reaktivlə qarışdırılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 84
350) E.Ç.S(eritrositlərin çökmə sürəti)-nin nəticəsi hansı müddətdən sonra qeyd edilir?
A) 20 dəq
B) 25 dəq
C) 80 dəq
D) 60 dəq
E) 15 dəq
Eritrositlərin çökmə sürəti təyin edildikdə qanla reaktiv qarışdırılır, kapilyar boruda 0 nöqtəsinə kimi doldurulur, ucu silinib şaqulu vəziyyətdə ştativə qoyulur. Vaxt qeyd edilir, 60 dəq (1 saat) sonra nəticə qeyd edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 87-88
Dostları ilə paylaş: |