353) Sidiyin Zimnitski müayinəsində xəstəyə neçə qab verilir?
A) 10
B) 5
C) 8
D) 3
E) 7
Zimnitski sınağı böyrəklərin funksional vəziyyətini öyrənən sınaqdır. Xəstə adi həyat tərzində olur və ona 8 qab verilir. 1 sutka ərzində hər 3 saatdan bir sidik payları ayrı-ayrı təmiz quru qaba toplanır. Sonra 8 qabın hamısı müayinə üçün laboratoriyaya göndərilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 13-14
354) Sidiyin qeyri-mütəşəkkil çöküntülərinə aiddir?
A) Leykositlər
B) Duzlar
C) Epitellər
D) Silindlər
E) Eritrositlər
Qeyri-mütəşəkkil sidik çöküntüləri normal və patoloji ola bilər. Sidiyin pH-dan asılı olaraq sidiyin qeyri-mütəşəkkil çöküntüləri duzlardır və bunlar müxtəlif olurlar.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 28
355) Sidiyin xüsusi çəkisinin aşağı olması necə adlanır?
A) Hipersteinuriya
B) Hiposteinuriya
C) İzosteinuriya
D) Anuriya
E) Dizuriya
Böyrəklərin funksional pozğunluqlarında sidiyin funksional çəkisi azalır və hipostenuriya adlanır. Hipostenuriya poliuriya ilə davam edərsə yumaqcığın zədələnməsini göstərir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 13-14
Dostları ilə paylaş: |