357) Qan yaxması metil spirtində neçə dəqiqə fiksə olunur?
A) 30 dəq
B) 3 dəq
C) 35 dəq
D) 2 dəq
E) 1 dəq
Qan yaxması metil spirti, etil spirti, xloroform və s. fiksatorla fiksə olunur. Fiksə müddəti müxtəlif olur. Metil spirtində 3 dəq fiksə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 89
358) Qan yaxması etil spirtində neçə dəqiqə fiksə olunur?
A) 2 dəq
B) 20 dəq
C) 12 dəq
D) 3 dəq
E) 30 dəq
Qan yaxması metil spirti, etil spirti, xloroform və s. fiksatorla fiksə olunur. Fiksə müddəti müxtəlif olur. Etil spirtində 20 dəq fiksə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 89
359) Qan yaxmasının boyanması zamanı Romanovski boyağından işçi məhlul hazırladıqda nə ilə durulaşdırılır?
A) Efirlə
B) Spirtlə
C) Xloroformla
D) Distillə suyu ilə
E) Qliserinlə
Fiksə olunmuş qan yaxması üzərinə distillə suyu ilə durulşadırılmış (işçi məhlul) Romanovski boyağı tökülür.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 89
Dostları ilə paylaş: |