383) Sidikdə oksalat duzları olduqda sidik necə şəffaflaşdırırlır?
A) Sirkə turşusu damızdırmaqla
B) Xlorid turşusu damızdırmaqla
C) Bakterial filtrindən keçirməklə
D) Süzgəc kağızı ilə süzməklə
E) Efir damızdırmaqla
Sidikdə oksalat duzları olduqda xlorid turşusu damızdırıldıqda şəffaflaşır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 12
384) Sidiyi 5 dəfə durulaşdırmaq üçün neçə ml sidik və su götürülür?
A) 2 ml sidik, 2 ml su
B) 1 ml sidik, 10 ml su
C) 3 ml sidik, 2 ml su
D) 4 ml sidik, 1 ml su
E) 1 ml sidik, 4 ml su
Sidikdə zülalın miqdarı çox olduqda sidik durulaşdırılır. 5 dəfə durulaşdırmaq üçün 1 ml sidik, 4 ml distillə suyu götürülür.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 17 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 11
Dostları ilə paylaş: |