387) Rozun sınağını aparmaq üçün neçə %-li yod məhlulundan istifadə olunur? A) 4%
B) 3,5%
C) 1%
D) 3%
E) 2%
Sidikdə öd piqmentini Rozin sınağı ilə təyin etdikdə yodun 1%-li məhlulundan istifadə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 25
388) Sidikdə bilirubin olarsa, Rozin sınağı ilə təyin olunduqda hansı rəng həlqə alınır? A) Çəhrayı
B) Qırmızı
C) Yaşıl
D) Boz
E) Göy
Rozin sınağı ilə sidikdə bilirubin təyin edildikdə oksidləşdiricinin təsirindən yaşıl rəng alınır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 24