Bölmə 2. Zülalların kimyası
389) İzotop üsulu ilə hansı proses öyrənilir?
A) Hidroliz
B) Aralıq mübadilə
C) Maddələrin balansı
D) Ayrı-ayrı maddələrin mübadiləsi
E) Enerji mübadiləsi
İzotop üsulu ayrı-ayrı maddələrin mübadilə prosesini öyrənməyə imkan verir. Bu zaman molekullarına radiaktiv və yaxud ağır izotopların atomlarını daxil etmiş birləşmələrdən istifadə olunur.
Tədqiq olunan maddənin çevrilmələri haqqında məlumatı izotopun orqanizmdə özünü necə apardığına görə əldə edirlər, çünki canlı orqanizm tərkibində izotop olan birləşmədən adi birləşmələr kimi istifadə edir. Məsələn: 15N izotopundan istifadə etməklə toxumalarda zülalların yüksək sürətlə təzələnməsini aşkar etmək mümkün olmuşdur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.15
Dostları ilə paylaş: |