403) Zülallarda aminturşular bir-biri ilə hansı rabitə vasitəsilə birləşirlər?
A) Disulfid
B) Kovalent
C) Peptid
D) İon
E) Hidrogen
Zülal molekulunda aminturşular bir-biri ilə peptid rabitəsi vasitəsi ilə birləşirlər. Peptid rabitəsi bir aminturşunun amin qrupu (NH2), digər aminturşunun karboksil qrupu (COOH) arasında əmələ gəlir.
İon rabitəsi ionlar arasında, disulfid - kükürd atomları arasında, kovalent – ümumi elektron cütü vasitəsilə, hidrogen – hidrogen vasitəsilə əmələ gəlir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.31
Dostları ilə paylaş: |