404) Aşağıdakı peptidlərdən hansıları saya əzələlərin yiğılmasını stimulə edir?
A) Bradikinin
B) Oksitosin
C) Vazopressin
D) Enkefalin
E) Qlutation
Orqanizmdə sərbəst şəkildə yüksək aktivliyə malik olan və az miqdarda aminturşudan ibarət olan peptidlər sintez olunur. Bunlara 9 aminturşudan ibarət olan və saya əzələlərin yığılmasını stimulə edən (uşaqlıq, süd vəzi, bağırsaq) oksitosin aiddir. Oksitosin hipofiz vəzinin arxa payında yerləşir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.33
405) Aşağıdakı peptidlərdən hansıları qan təzyiqini və böyrəklərdə suyun reabsorbsiyasını artırır?
A) Qlutation
B) Bradikinin
C) Vazopressin
D) Enkefalin
E) Oksitosin
Orqanizmdə yüksək aktivliyə malik olan və az miqdarda aminturşudan ibarət olan qısa peptidlər sərbəst şəkildə sintez olunur. Bunlara 9 aminturşudan ibarət olan vazopressin aiddir. Vazopressin qan təzyiqini artırır, böyrəklərdə suyun reabsorbsiyasını artırır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.33
406) Aşağıdakı peptidlərdən hansılarının təsiri ağrıkəsici kimi narkotiklərin təsirini xatırladır?
A) Oksitosin
B) Vazopressin
C) Qlutation
D) Enkefalin
E) Bradikinin
Orqanizmdə enkefalin adlanan bir qrup peptidlər müəyyən maraq oyadırlar. Enkefalin “başda yerləşən” deməkdir. Onlar MSS hüceyrələrində ağrıya qarşı hasil olunurlar və ağrı hissini zəiflədirlər. Bu maddələrin təsiri ağrıkəsici kimi narkotiklərin təsirini xatırladır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.33
407) Zülalların əsas funksiyalarının yerinə yetirilməsini hansı struktur quruluş təmin edir?
A) İkincili
B) Birincili
C) Üçüncülü
D) Dördüncülü
E) Birincil və ikincili
Üçüncülü struktur quruluşuna malik olan zülal molekulu daha kompakt fəza konfiqurasiyasına malikdir. Polipeptid zəncirinin müxtəlif funksional qrupları müxtəlif tipli rabitələr əmələ gətirdiklərinə görə üçüncülü quruluşun forması müxtəlif ola bilər. Məhz, üçüncülü struktur quruluşu zülal tərəfindən onun əsas funksiyalarının yerinə yetirilməsini təmin edir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.35
Dostları ilə paylaş: |