39) Normada 1 yaşında uşağın qan yaxmasInda limfositlərin miqdarı neçə %-dir?
A) 60-65%
B) 10-12%
C) 20-25%
D) 19-25%
E) 25-30%
Yeni doğulan uşaqların qanında neytrofil və limfositin sayı orta yaşlı adamın qanına uyğun gəlir. Get-gedə neytrofillərin sayı azalır, limfositlərin sayı artır və uşağın 1 yaşında təxminən limfositlər 60-65% neytrofillər 25%-dir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 77, 78
40) Asidoz nədir?
A) Qanda leykositlərin miqdarının artması
B) Qanda bilirubinin artması
C) OH ionlarının artması
D) Qanın tərkibində H ionlarının artması
E) Qanın xüsusi çəkisinin yüksəlməsi
Reaksiyanın turşuluğa doğru meylliliyi qanın tərkibində H ionlarının artması zamanı müşahidə edilir ki, bu proses asidoz adlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 72 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 116, 117
Dostları ilə paylaş: |