450) Sadə lipidlərə hansılar aiddir?
A) Lipoproteidlər
B) Qliserofosfatidlər
C) Yağlı turşular
D) Qlikolipidlər
E) Sfinqofosfatidlər
Lipidlər təsnifatına görə sadə və mürəkkəb qruplara bölünürlər. Sadə lipidlərə triasilqliserinlər (TAQ-lar), mumlar aiddir. TAQ-lar – qliserin ilə 3 ali yağ turşusu molekullarının mürəkkəb efirləridir. Mumlar – biratomlu spirtlərlə yüksək molekullu yağ turşularının mürəkkəb efirləridir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.75, 77
451) Xolesterinin yerinə yetirmədiyi funksiya hansıdır?
A) Öd turşularının sintezində iştirak edir
B) Eritrositlərin hemolizə qarşı davamlılığını artırır
C) Protrombini fəallaşdırır
D) Hüceyrə membranlarının tərkibinə daxildir
E) Steroid hormonların sintezində iştirak edir
Xolesterin sadə lipidlərə aid olan sterinlərin nümayəndəsidir. Orqanizmdə o mühüm funksiyalar yerinə yetirir: bir çox mühüm bioloji maddələrin (steroid hormonların, öd piqmentlərinin, “D” vitamininin) sələfidir, hüceyrə membranlarının tərkibinə daxildir, eritrositlərin hemolizə qarşı davamlılığını artırır, sinir hüceyrələri üçün özünəbənzər izolyator rolunu oynayır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.77
Dostları ilə paylaş: |