521) Lipolitik fermentlərin maksimal fəallığı hansı mühitdə baş verir?
A) Neytral
B) Zəif qələvi
C) Güclü turş
D) Güclü qələvi
E) Zəif turş
Hər bir ferment maksimal fəallığını mühitin müəyyən göstəricisində göstərir. Lipolitik fermentlərin maksimal fəallığı zəif qələvi mühitdə (pH 7,8-8,2) baş verir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.154
522) Triasilqliserinlərin hidrolizində hansı fermentlər iştirak edir?
A) Xolesteraza
B) Fosforilaza
C) Lipaza
D) Fosfolipaza
E) Aldolaza
Mədə-bağırsaq traktında lipidlərin həzmi üçün lipolitik fermentlərin olması vacibdir. Lipolitik fermentlər – böyük bir hidrolazalar qrupudur ki, onlar lipidlərin hidrolitik parçalanmasını kataliz edirlər. Mədə-bağırsaq traktında lipolitik fermentlərdən olan lipazalar triasilqliserinləri, fosfolipazalar – fosfolipidləri, xolesterazalar – xolesterin efirlərini parçalayırlar.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.154
Dostları ilə paylaş: |