545) Zülal mübadiləsinin vəziyyətini qiymətləndirmək üçün hansı maddələrin miqdarını təyin edirlər?
A) Betta-lipoproteidlərin
B) Zülal fraksiyalarının
C) Sial turşularının
D) Süd turşusunun
E) Piroüzüm turşusunun
Zülallar orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir və hər bir hüceyrənin tərkibinə daxildirlər. Buna görə zülal mübadiləsinin vəziyyəti bütün orqanizmin vəziyyətini xarakterizə edir. Zülal mübadiləsini qiymətləndirmək üçün müxtəlif göstəricilər var ki, onların da arasında zülalın və onun fraksiyalarının qanda miqdarını, azot mübadiləsinin vəziyyətini (yalnız zülallar və onların məhsulları azot tərkibli maddələrdir) və s.göstərmək olar.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.192
546) Qanda və sidikdə kreatininin təyini hansı rəngli reaksiyanın köməyi ilə aparılır?
A) Diasetilmonooksim
B) Yaffe
C) Ortotoluidin
D) Asetilaseton
E) Rappoport-Eyxhorn
Qanda və sidikdə kreatinini təyin edən sınaqlar kolorimetrik və fermentativ üsullara bölünürlər. Kolorimetrik üsullardan biri pikrin turşusu ilə aparılır və Yaffe reaksiyasına əsaslanır. Yaffe reaksiyası kreatininin qələvi mühitdə pikrin turşusu ilə narıncı-qırmızı rəngli birləşmə əmələ gətirməsinə əsaslanır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.288
Dostları ilə paylaş: |