Bölmə 3. Mikrobiologiya və mikrobioloji texnika
578) Bunlardan hansı mikroskopun optik hissəsinə aiddir?
A) Tubus
B) Makrovint
C) Mikrovint
D) Əşya stolu
E) Güzgü
Güzgünün vəzifəsi işıq şüalarını əşya masası üzərində olan deşiyə doğru yönəltməkdən ibarətdir. Onun bir üzü hamar, digər üzü isə çökükdür. Təbii işıqlanmada hamar, süni işıqlanmada isə çökük səthdən istifadə edilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 10-13
579) Mikroskopun mexaniki hissəsinə nə aiddir?
A) Kondensorun linzası
B) Okulyar
C) Obyektiv
D) Güzgü
E) Tubus
Mikroskopun dəstəyinin yuxarı hissəsinə tubus borusu birləşdirilib. Tubus makro və mikrometrik vintlərlə yuxarı və aşağı hərəkət etdirilir. Tubusun yuxarı hissəsinə okulyar taxılır. Aşağı hissəsi isə obyektivlər yerləşən revolverə birləşdirilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair”Bakı. 1998. Səh. 10-13
Dostları ilə paylaş: |