589) Göbələklərdə sporlar hansı vəzifəni daşıyır?
A) Bölünmə
B) Qorunma
C) Çoxalma
D) Tənəffüs
E) Qidalanma
Göbələklər bölünmə, cücərmə, tumurcuqlanma və müxtəlif şəkilli sporlanma yolu ilə çoxalırlar. Spor əmələ gətirmə təkcə çoxalma üçün deyil, həmçinin onların xarici mühitdə yayılması üçün əhəmiyyət kəsb edir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 25-28
590) Bir spordan neçə bakteriya hüceyrəsi əmələ gəlir?
A) Dörd
B) Bir
C) Yeddi
D) Altı
E) İki
Sporlar uzun illər sağ qalaraq mikrobun müdafiə olunmasını təmin edir. O, çoxalma xarakteri daşımır, bir bakteriyadan bir spor və bir spordan bir bakteriya əmələ gəlir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 19-20
Dostları ilə paylaş: |