593) Bakteriya hüceyrəsində nüvənin hansı funksiyası var?
A) Həzm prosesində iştirak edir
B) Hüceyrəyə forma verir
C) İrsi məlumatları saxlayır
D) Tənəffüs prosesində iştirak edir
E) Müdafiə edir
Bakteriyalarda nukleoid və ya nüvə dezoksiribonuklein turşusu sapından ibarətdir. Onda bakteriya hüceyrəsinin irsi informasiyası yerləşir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 18
594) Qram mənfi bakeriyalar nə rəngdə olur?
A) Göy rəng
B) Qızılı rəng
C) Bənövşəyi rəng
D) Qırmızı moruğu rəng
E) Qəhvəyi rəng
Qram mənfi bakteriyaların protoplazmasında RNT Qram müsbətlərə nisbətən az olur. Ona görə mikrobun sitoplazmasının gensianviolet və yodla əmələ gətirdiyi birləşmə zəif olur, spirtin təsirindən parçalanır və bənövşəyi rəng itir. Odur ki, mikrob fuksinlə qırmızı rəngə boyanır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 31-32
Dostları ilə paylaş: |