623) Virulentlik nədir?
A) Zəif adamlarda xəstəlik törətmədir
B) İnsanda xəstəlik yaratmaq qabiliyyətidir
C) Mikrobun həssaslığıdır
D) Törədicinin yayılmasına orqanizmin müdafiə reaksiyasıdır
E) Mikrobun patogenlik dərəcəsidir
Patogen mikrobun xəstəliktörətmə qabiliyyətinin dərəcəsi virulentik adlanır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 93
624) Anatoksinlər nədən hazırlanır?
A) Donor qanından
B) Antitoksik serumlardan
C) İmmunoqlobulinlərdən
D) Mikroblardan
E) Mikrob toksinindən
Bir sıra xəstəliklərdə immunitetin yaranması antitoksik xarakter daşıyır. Bu cür xəstəliklərdə immunitet yaratmaq üçün mikrobun özündən deyil, onların ekzotoksinlərindən istifadə etmək lazımdır. Fransız alimi Ramon ekzotoksin üzərinə müəyyən miqdar formalin əlavə edərək 39-40o C temperaturda 30-32 gün saxlamışdır. Nəticədə immunogen xassəsini saxlamış zərərsiz preparat-anatoksin almışdır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 160
Dostları ilə paylaş: |