723) Botulizm törədicisinin morfoloji quruluşu necədir?
A) Düz, nazik çöplər
B) Ucları girdə, polimorf çöplərdir
C) Təbil çubuğu
D) Streptobatsil
E) Sancaqşəkilli
Ucları girdə polimorf çöplərdir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 285
724) Obliqat anaeroblara hansı törədicilər aiddir?
A) Göyöskürək
B) Qarın yatalağı
C) Dizenteriya
D) Vəba
E) Botulizm
Botulizm törədicisi obliqat anaerobdur, ucları dəyirmi polimorf, iri Qram müsbət çöplərdir, zəif hərəkətlidir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı .1995. Səh. 285
725) Patogen spiroxetlərə hansı törədicilər aiddir?
A) Dizenteriya
B) Botulizm
C) Vəba
D) Sifilis törədicisi
E) Qarın yatalağı
Patogen spiroxetlərə sifilisin törədicisi aiddir. Sifilisin törədicisi-Treponema pallidum F.Şaudin tərəfindən kəşf edilmişdir. Siflis törədicisi kiçik spiral şəkillidir.Qıvrımların sayı 8-12-dir,hərəkətlidir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 311
Dostları ilə paylaş: |