737) Malyariya zamanı qandan hazırlanmış qalın damla hansı üsulla boyanır?
A) Ojeşko
B) Sil-Nilsen
C) Burri
D) Qram
E) Romanovski-Gimza
Romanovski-Gimza üsulu ilə qan yaxması 50 dəqiqə müddətində boyadılır, sonra su ilə yuyulur və havada qurudulur.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 309
738) Malyariya zamanı müayinə ücün hansı material götürülür?
A) Sidik
B) Əsnəkdən selik
C) İrin
D) Qan
E) Qusuntu kütləsi
Malyaryanın laboratoriya diaqnostikasında mikroskopik və seroloji üsullardan istifadə edilir. Bu məqsədlə xəstədən qan götürülür. Mikroskopik müayinələr üçün qalın damla və nazik yaxma preparatları hazırlanır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 309
Dostları ilə paylaş: |