67) Hansı anemiya zamanı sidiyin rəngi qara rəngdə olur?
A) Vitamin B12 çatışmamazlığı anemiyasında
B) Posthemorragik anemiyada
C) Aplastik anemiyada
D) Dəmir çatışmamazlığı anemiyasında
E) Hemolitik anemiya-qlükoza-6-fosfat dehidrogenaza ferment aktivliyinin pozulması
Eritrositlərin parçalanması əsas damar və kapilyarlarda gedir. Azad olmuş hemoqlobin sidiklə ifraz olunmağa başlayır, bu vaxt sidiyin rəngi qara rəngdə olur. Qlükoza-6-fosfat dehidrogenaza ferment aktivliyinin pozulması nəticəsində də hemolitik anemiya əmələ gəlir. Bu zaman sidiyin rəngi qara olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 103 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 170
Dostları ilə paylaş: |