750) Qaynatmaqla sterilizasiya hansı aparatda aparılır?
A) Sterilizatorda
B) Şamberlan süzgəcində
C) Paster peçində
D) Avtoklavda
E) Kox aparatında
Qaynatmaqla sterilizasiya sterilizatorlarda aparılır. Çirklənmə dərəcəsindən asılı olaraq 15-40 dəqiqə qaynadırlar. Sterilizasiya qurtardıqdan sonra ləvazimatı steril pinsetlə götürürlər.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 55
751) Hansı bakteriyalara basillər deyilir?
A) Spor əmələ gətirməyən mikroorqanizmlərə
B) Spiralvarilərə
C) Sarsinlərə
D) Spor əmələ gətirən anaerob bakteriyalara
E) Spor əmələ gətirən aerob bakteriyalara
Spor əmələ gətirən aerob bakteriyalar basillər adlanır. Qarayara törədicisi buna misaldır. Oval formalı spor əmələ gətirir aerobdur.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 15
Dostları ilə paylaş: |