758) İmmunpreparatlar harada saxlanılır?
A) Termostatda
B) Quru yerdə
C) Ayrıca, xüsusi yerdə
D) Soyuducuda
E) Qaranlıq yerdə
Hazırda əksər vaksinlər immonogenlik xassəsini itirmədən uzun müddət saxlanmaq məqsədi ilə qurudulmuş formada buraxılır. Vaksinlər alcaq temperaturda vakuum şəraitində qurudulur.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 164
759) “Mirvari boyunbağı” testinin qoyuluşunda hansı antibiotikdən istifadə edilir?
A) Ampisillin
B) Streptomisin
C) Tetrasiklin
D) Penisillin
E) Bisillin
Penisillin qatılmış aqar səthindəki “R”formalı koloniyadan yaxma hazırlayıb, Qram üsulu ilə rənglədikdə həqiqi qarayara çöplərinin öz formasını dəyişərək dəyirmiləşdiyi və muncuq şəklində bir-birinin ardınca düzülməsi müşahidə olunur. (Mirvari boyunbağı sindromu).
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 201
760) Bakteriyaların proteolitik xassələrinin təyini üçün hansı qidalı mühitdən istifadə edilir?
A) Öd bulyonu
B) Ətli peptonlu bulyon
C) Saburo mühiti
D) Peptonlu su
E) Kozein kömür aqarı
Mikroorqanizmilərin proteolitik xüsusiyyətini təyin etmək üçün mikrobioloji təcrübədə differensial-diaqnostik qidalı mühitlərdən istifadə edilir. Bu mühitlər konsistensiyasına görə bərk və maye halında olur.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 71
Dostları ilə paylaş: |