73) Qan yaranma prosesinin pozulması nəticəsində hansı anemiya baş verir?
A) Hemolitik anemiya (qazanılma)
B) Kəskin posthemorragik anemiya
C) Autoimmun hemolitik anemiya
D) Dəmir və B12 vitamini çatışmazlığı
E) Posthemorrogik anemiya
Anemiya – qan azlığı da adlanır. Qan azlığında qanda eritrositlərin sayı azalır və nəticədə hemoqlobin aşağı düşür. Dəmir və B12 vitamini hemopoetik maddələrdir. Onlar qanyaranmaya spesifik təsir edirlər. Dəmir və B12 vitamini çatışmadıqda qan yaranma pozulur və anemiya baş verir. Qanın əmələ gəlmə prosesinin pozulması nəticəsində dəmir, B12 vitamini çatışmazlığı, və aplastik anemiya əmələ gəlir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 97 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 164, 165
Dostları ilə paylaş: |