910) Xəstə sərbəst olaraq qurd buğumlarının düz bağırsaqdan çıxdığını müşahidə edir. Hansı helmintozdan şübhələnmək olar?
A) Teniozdan
B) Humenolepidozdan
C) Teniarinxozdan
D) Askaridozdan
E) Enterebiozdan
Buğumların aktivliyi öküz teniyasına məxsusdur. Bu helmintlə insanlar mal ətini tam bişirilməmiş halda yedikdə yoluxur. Ətdə qurdun sürfəsi – finnası əmələ gəlir. ət yaxşı bişməmiş halda yeyildikdə finnalar sağ qalır və insanın mədə-bağırsaq sisteminə düşür
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 80
911) Xəstənin laboratoriyaya çatdırdığı qurd buğumunun uzunluğu 10-12 mm, eni 5-6 mm, balalığın 8-12 yan şaxəsi olub, içərisində 50 minə qədər yumurta vardır. Buğum hansı helmintə aiddir?
A) Exinokokk
B) Alveokokk
C) Öküz teniyası
D) Donuz teniyası
E) Kiçik lent qurdu
Buğumlu qurdlar lentşəkillilərə aiddir. Insanın bağırsağında olan iri buğumlara malik qurdlar öküz və donuz soliterləridir. Onların buğumlarında balalığın yan şaxəsini saymaq olur. Donuz soliterinin hər yetkin buğumunda 50 min yumurta olur. Bu qurdun buğumları qeyri-aktivdir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 84.
Dostları ilə paylaş: |