943) Hansı canlılar alveokokun əsas sahibidir?
A) Donuz
B) Ev quşları
C) At
D) Tülkü, canavar
E) Dövşan
Alveokokk biohelmintdir. Əsas və aralıq sahibləri vardır. Tülkü, canavar, it, bəzi gəmiricilər əsas sahib hesab edilir. Bu canlıların bağırsağında parazitin yetkin mərhələsi qidalanır. Insan isə aralıq sahibdir. Insanın əsasən qaraciyərini zədələyərək üzərində qovuq əmələ gətirir. Müalicəsi ancaq cərrahi yolladır.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 94.
944) Kato üsulu ilə müayinə apararkən kiçik lentqurdunun yumurtalarını aşkar etmək üçün laborant diqqətli olmalıdır. Nə üçün?
A) Yumurtalar kiçik olduğu üçün
B) İçərisində onkosfer olduğu üçün
C) Yumurtalar rəngsiz və şəffaf olduğu üçün
D) Çoxqatlı örtüyü olduğu üçün
E) Yumurtalar tünd rəngli olduğu üçün
Kiçik lent qurdu insanın nazik bağırsağında yaşayır və humenolepidot xəstəliyi əmələ gətirir. Kontakt helmintidir. Yumurtaları iri olmasına baxmayaraq, çox şəffafdır. Ona görə də yumurtaları aşkar etmək üçün laborant çox diqqətli olmalı və müayinəni təkrar etməlidir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 87.
945) Uşaq düz bağırsağından bizquyruqların çıxdığını görüb, lakin analətrafı müayinədə yumurtalar aşkar edilmir. Nə üçün?
A) Digər helmint ola bilər
B) Nəcisin müayinəsinə ehtiyac var
C) Uşaq səhv edib
D) Müayinə düzgün aparılmayıb
E) Bağırsaqda ancaq erkən fərdlərdir
Bir çox helmintlər nəcislə xaric ola bilir. Lakin bizquyruq sərbəst olaraq bağırsaqdan çıxır və analətrafı dəri qırışlarında 5-15 minə qədər yumurta qoyur. Bizquyruq ayrı cinslidir. Yumurtalar dişi bizquyruq tərəfindən qoyulur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 98.
946) Iri 130-145 mkm, oval, qapaqcıqlı, qəhvəyi və ya sarı, içərisi yumurta sarısı hüceyrələri ilə dolu olan yumurta hansı helmintə məxsusdur?
A) Klonorx
B) Opistorx
C) Bizquyruq
D) Fassiola
E) Askarid
Bu yumurta bir sorucu qurda, fassiola aiddir. Respublikamızda çox rast gəlinir. İnsandan başqa iri və xırda buynuzlu mal-qara da bu parazitə yoluxur. Qurd hermofroditdir və biohelmintdir. Yumurtanın inkişafı üçün su hövzəsinin olması mütləqdir. Parazitin adi və qiqant formaları vardır. Parazit fasiolyoz xəstəliyini əmələ gətirir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 67.
Dostları ilə paylaş: |