975) Brumpt üsulu ilə stronqiloid sürfələrini aşkar edərkən nəcisin üzərinə hansı maddə əlavə edilir?
A) Su
B) Fenol
C) HCl
D) NaCl
E) Qliserin
Şulmanın modifikasiyasında Brumpt üsulunu yerinə yetirərkən şüşə bankaya 5 qr nəcis qoyulur və üzərinə 10-15 ml adi su tökülür. 20 dəqiqədən sonra su Petri fincanına tökülür və mikroskoplaşdırılır.
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 178
976) Nəcisin Qoryaçev üsulu ilə tədqiqi zamanı sınaq şüşəsində olan NaCl məhlulunun üzərinə hansı qarışıq tökülür?
A) Su və efir qarışığı
B) Su və nəcis qarışığı
C) NCl və su
D) NaHCO3 və su
E) Su və qliserin
Qoryaçev üsulunu yerinə yetirərkən sınaq şüşəsinə 3-4 ml doymuş NaCl tökülür. Sonra onunda üzərinə su ilə nəcis qarışığından 3-4 ml əlavə edilir. Bu zaman iki müxtəlif təbəqə əmələ gəlir. 15-20 saatdan sonra Trematod yumurtaları çöküntüdə toplanır. Çöküntü mikroskop altında tədqiq edilir.
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 176
Dostları ilə paylaş: |