988) Hansı müayinə materialında qan şistosomunun yumurtaları axtarılır?
A) Yoğun bağırsağın selikli qişasında
B) Öddə
C) Mədə şirəsində
D) Nazik bağırsağın selikli qişasında
E) Sidik çöküntüsündə
Qan şistosomu insanın sidik kisəsinin qan damarlarında parazitlik edir. Yumurtaları xəstənin sidiyi ilə xaric olur. Yumurtaları aşkar etmək üçün sidiyi sentrifuqlaşdırır və çöküntüsünü mikroskoplaşdırırlar. Bəzən sidiyi membranlı filtrdən keçirirlər.
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 73
989) Nəcisin flotasiya üsulu ilə müayinəsi zamanı əşya şüşələri bankanın üzərində neçə dəqiqə saxlanılır?
A) 60-80
B) 20-30
C) 60-70
D) 40-50
E) 50-60
Flotasiya üsulunu yerinə yetirərkən tədqiqat materialı şüşə bankaya qoyulur, üzərinə doymuş NaNO3 məhlul tökülür. Bankanın ağzına əşya şüşəsi qoyulur. Bankalar bu vəziyyətdə 20-30 dəqiqə müddətinə sorucu şkafda saxlanılır. Bu müddətdən sonra oradan çıxarılır. Əşya şüşəsi qaldırılaraq çevrilir, üzərinə 2- 3 damla 50%-li qliserin əlavə edilir və mikroskoplus verilir.
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 176
Dostları ilə paylaş: |