Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Kapilyar qanın laxtalanma müddəti hansı üsulla təyin edilir?



Yüklə 409,91 Kb.
səhifə62/594
tarix01.01.2022
ölçüsü409,91 Kb.
#103335
1   ...   58   59   60   61   62   63   64   65   ...   594
87) Kapilyar qanın laxtalanma müddəti hansı üsulla təyin edilir?
A) Fotometrik üsul

B) Fonio üsulu

C) Duke üsulu

D) Suxaryev üsulu

E) Li-Uayt üsulu
Suxarev üsulu ilə kapilyar qanın laxtalanma müddəti təyin edilir. Normal halda ilk laxtalanma dövrü 30 saniyədən 2 dəqiqəyə qədər, sonu isə 3-5 dəqiqə çəkir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 110 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 184
88) Qan qrupları kim tərəfindən kəşf edilib?
A) Obraztsov

B) A.A.Ostroumov

C) S.P.Botkin

D) K.Landşteyner

E) N.A.Semaşko
K.Landşteyner qan qruplarını 1900-cu ildə kəşf edib və 1901-ci ildə məlumat vermişdir. Qan qruplarının kəşfi demək olar ki, qanköçürməni təhlükəsiz etmişdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 111 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 202
89) Eritrositlərdəki qan qrupunu göstərən aqqlütinogen hansı hərflərlə işarə olunur?
A) B və E

B) A və C

C) B və C

D) A və B

E) A və D
Eritrositlərdə kəşf edilən antigen və ya aqqlütinogen Avə B hərfləri ilə işarə olunur. Bu aqqlütinogenlərin ayrılıqda hər hansı biri və yaxud hər ikisi bir yerdə eritrositlərin tərkibində yerləşə bilər. Bəzən isə eritrositlərdə bu antigenlərdən heç biri olmaya bilər. Beləliklə, qan qrupları aqqlütinogenlərə görə O, A, B və ya AB ilə işarə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 111 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 202


Yüklə 409,91 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   594




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin