Laboratoriya №2. Dinamiki massivlər. Funksiyaya massivlərin göstərici kimi ötürülməsi



Yüklə 34,09 Kb.
səhifə4/4
tarix07.03.2023
ölçüsü34,09 Kb.
#123878
1   2   3   4
Laboratoriya 2. Dinamiki massivlərdən istifadə etməklə proqramlaşdırma

Tapşırıqlar

  1. int tipli massiv üçün göstərici elan edin və 12 element üçün yaddaş ayırın. Cüt və tək yerdə duran elementlərin yerini dəyişən proqram qurun.

  2. ikiölçülü dinamik massivi elan edin və onu təsadüfi ədədlərlə doldurun. Massivin elementlərini ekranda göstərin. Doldurmaq və ekranda göstərmək üçün ayrıca funksiyalar yazın.

  3. İkiölçülü B massivinin elementlərini klaviaturadan daxil edilə k dəfə böyüdən funksiya tərtib edin.

  4. X və Y matrislərini transponirə edən funksiya tərtib edin

  5. İki kvadrat matrisin elementləri fərqini hesablayan funksiya tərtib edin

  6. Dinamiki massivin elementlərinin sayını klaviaturadan daxil edib, massivə yaddaşda yer ayırın və elementlərə 1-dən başlayaraq tək ədədləri mənimsədən proqram qurun.

  7. Double tipli massiv üçün göstərici elan edin və onun ölçüsünü klaviaturadan daxil edin. Massiv üçün yaddaş ayırmaq, ayrılmış xanaları cüt ədədlərlə doldurmaq, qiymətləri ekranda çap edən proqram yazın.

  8. N tam ədədini daxil edin. N tam ədəddən ibarət dinamiki massiv yaradın. Massivdəki ən böyük elementin indeksini təyin edin.

  9. N tam ədədi və N həqiqi ədəddən ibarət dinamiki massiv daxil edin. Massivin sonuncu mənfi elementinin indeksini təyin edin.

  10. N tam ədədini daxil edin. N həqiqi ədəddən ibarət dinamiki massiv yaradın. Minimum və maksimum elementlərin cəmini hesablayın.

  11. N tam ədədini daxil edin. N tam ədəddən ibarət dinamiki massiv yaradın. Massivin ilk və ən böyük elementlərini dəyişdirin.

  12. N tam ədəd daxil edin. N tam ədəddən ibarət dinamiki massiv yaradın. (-5, 7) intervalında yerləşən elementlərin cəmini hesablayın.

Yüklə 34,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin