Laboratoriya iŞİ №1,2 sabit cəRƏyan döVRƏLƏRİNİn təDQİQİ VƏ om qanunu qisa nəZƏRİ MƏlumatlar


Rezistorların paralel birləşməsi -



Yüklə 0,65 Mb.
səhifə3/7
tarix27.09.2022
ölçüsü0,65 Mb.
#117992
1   2   3   4   5   6   7
LABORATORİYA İŞİ № 1,2 nəzəri və praktiki

Rezistorların paralel birləşməsi - bütün rezistorların başlanğıcları bir nötəyə birləşir, hansı ki bu düyün nöqtəsi adlanır, sonları isə o biri düyün nöqtəsinə birləşir. Rezistorların bu birləşmələri aşağıdakı şəkildə göstərilmişdir:

Şəkil 5. Rezistorların paralel birləşməsi


Paralel birləşmə:


1) dövrənin ümumi keçiriciliyi (müqavimətin tərs qiyməti) parallel qolların keçiriciliyinin cəminə bərabərdir
Güm = G1 + G2 + G3

Beləliklə, ümumi müqavimətin qiyməti aşağıdakı düsturla tapıla bilər:




2) ümumi cərəyan ayrı-ayrı qollardan axan cərəyanların cəminə bərabərdir:


I =I1 + I2 + I3


3) bütün müqavimətlərdəki gərginliklər eynidir:


U= U1 =U2 = U3


İki müqavimətin paralel birləşməsi:

n – sayda bərabər müqavimətlərin paralel birləşməsi:





Qarışıq birləşmə rezistorların ardıcıl-parallel birləşməsi adlanır. Aşağıdakı şəkildə rezistorların qarışıq birləşdirilməsi göstərilmişdir.



Rekv

Rekv

c)

b)

a)

Şəkil 5. Rezistorların qarışıq birləşməsi (a), sadələşdirilmiş (b) və ekvivalent dövrə (c)

Belə bir dövrənin hesablanması verilmiş EHQ-i və müqavimətlərin əsasında dövrənin bütün qollarında cərəyan və gərginliklərin tapılmasından ibarətdir. Müqavimətləri qarışıq birləşmiş dövrələrin hesabatında dövrənin ardıcıl sadələşdirmə metodundan istifadə edirlər. Bu metoddan istifadə edərək əvvəlcə budaqlanmış hissənin Rekv – ni təyin edirik:





İndi verilmiş dövrəni R1, R2 və Rekv1 üç ardıcıl müqavimətdən ibarət olan bir dövrə ilə əvəz edilə bilər (şəkil 5, b). Bu dövrənin ekvivalent müqaviməti:


Rekv =R1 + R2 + Rekv1'


Alınan dövrə şəkildə (5, c) göstərilmişdir. Om qanununa görə dövrə cərəyanı:





Dövrənin ardıcıl hissələrində gərginlik:


U1 = R1I; U2 = R2I; Uekv1 = Rekv1I

Paralel qollarda cərəyanlar:







YOXLAMA SUALLAR

1. Rezistorların hansı birləşmə üsulu ekvivalent müqaviməti azaldır?


2. R müqaviməti olan iki rezistor ardıcıl olaraq bağlanır. Rezistorlardan birinə paralel olaraq R/2 müqavimət qoşulub. Bütün dövrənin ekvivalent müqaviməti necə dəyişəcək?
3. Ardıcıl birləşmiş rezistorların sayı artırıldıqda, mənbənin gərginliyi sabit qaldıqda cərəyan necə dəyişəcəkdir?
4. Üç ardıcıl rezistorların birləşməsini paralel ilə əvəz edib və mənbənin gərginliyini dəyişmədən, cərəyan necə dəyişəcək?
5. Paralel işləyən lampaların sayı artırılarsa güc necə dəyişəcək?



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin