Laboratoriya iŞİ №1,2 sabit cəRƏyan döVRƏLƏRİNİn təDQİQİ VƏ om qanunu qisa nəZƏRİ MƏlumatlar



Yüklə 0,65 Mb.
səhifə2/7
tarix27.09.2022
ölçüsü0,65 Mb.
#117992
1   2   3   4   5   6   7
LABORATORİYA İŞİ № 1,2 nəzəri və praktiki

OM QANUNU

Om qanunu elektrotexnikanın ən əsas baza anlayışlarından biridir. Alman fiziki Georq Om dövrənin bir hissəsindəki cərəyanın tətbiq olunan gərginliklə düz mütənasib və bu hissənin müqaviməti ilə tərs mütənasib olduğunu təcrübə yolu ilə sübut etdi. Bu qanun Om qanunu adlanır və aşağıdakı düstur ilə ifadə olunur:



burada I – cərəyan şiddəti, А;
U – tətdbiq olunan gərginlik, V;
R – müqavimət, Оm.
Elektrik dövrəsi qapalı ola bilər (şəkil 3) və bu vəziyyətdə qapalı dövrə hissəsi üçün Om qanunu istifadə olunur: qapalı dövrədə cərəyanın şiddəti mənbənin EHQ – nə düz mütanasib, mənbənin daxili müqaviməti ilə yükün müqavimətinin cəminə tərs mütanasibdir.

Şəkil 3. Qapalı dövrə


Qapalı dövrə hissəsi üçün Om qanunu aşağıdakı düsturla ifadə olunur:

burada I – cərəyan şiddəti, А;


E – mənbənin EHQ-si, V;
R – dövrənin müqaviməti, Оm;
r0mənbənin daxili müqaviməti, Оm.

Bu düsturdan EHQ-ni ifadə edib alırıq:


E = IR + Ir0 = U + Ir0


burada IR – R müqavimətindəki gərginlik düşgüsü;


Ir0 – daxili müqavimətdə gərginlik düşgüsüdür.

EHQ – si daxil olan dövrə hissəsi üçün Om qanunu ümumi şəkildə aşağıdakı kimi yazılır:



Əgər EHQ – nin istiqaməti cərəyanın qəbul edilmiş müsbət istiqaməti ilə eynidirsə onda "+" işarəsi qoyulur.



REZİSTORLARIN BİRLƏŞMƏ ÜSULLARI

Müqavimətlərin qarışıq birləşməsi bir mənbəli dövrənin ümumi halıdır. Belə dövrələrin hesablanması rezistorların ardıcıl və paralel birləşmə qanunlarına əsaslanır. Rezistorların ardıcıl birləşməsi - bu belə birləşmədir, hansı ki, birinci rezistorun sonu ikincinin başlanğıcı ilə birləşir, ikincinin sonu üçüncünün və s. Nəticədə budağlanmayan dövrənin qolu yaranır və bütün sahələrdən eyni cərəyan axır. Rezistorların bu birləşməsi aşağıdakı şəkildə göstərilmişdir:



Şəkil 4. Rezistorların ardıcıl birləşməsi


Ardıcıl birləşmə:


1) budağın ümumi (ekvivalent) müqaviməti ayrı-ayrı müqavimətlərin cəminə bərabərdir
Rüm = R1 + R2 + R3

2) dövrənin bütün elementlərindən eyni cərəyan axır:


I = I1 = I2 = I3


3) budağın ümumi gərginliyi budaq hissələrinin gərginliklərinin cəminə bərabərdir:


U= U1 + U2 + U3





Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin