Laboratoriya Yaddaş ünvanları ilə iş. Göstəricilər və istinadlar



Yüklə 84,39 Kb.
səhifə1/6
tarix07.03.2023
ölçüsü84,39 Kb.
#123882
  1   2   3   4   5   6
lab 1. Göstəricilər və ünvanlar


Laboratoriya 1.
Yaddaş ünvanları ilə iş. Göstəricilər və istinadlar.
Göstəricilər iri həcmli məlumatları parametr kimi ötürmək, dinamik ölçülü verilənlər strukturları ilə işləmək, yaddaşı idarə etmək v.s. məqsədlər üçün istifadə olunur. Buna görə göstəriciləri başa düşməzdən qabaq kompüter yaddaşının nə cür təşkil olunmasına diqqət yetirək:
Kompüterin Yaddaşı. Kompüterin yaddaşı bayt adlandırılan və bir-birinin ardınca bir düz xətt boyunca düzülmüş ən kiçik yaddaş sahələrindən ibarət olur. Bu sıra ilə düzülmüş baytlar 0-dan başlayaraq nömrələnir və hər baytın nömrəsi özündən əvvəlki baytın nömrəsindən bir vahid böyük olur.




Baytların sıra nömrələri onların ünvanları adlanır. Kompüterin ilk baytının ünvanı 0, ikinci baytının ünvanı 1 v.s. olur.
Hər bir dəyişəni elan edərkən əvvəlcə onun tipini göstəririk. Dəyişənin tipinə görə kompilyator həmin dəyişənin yaddaşda neçə bayt yer tutacağını müəyyənləşdirir. Misal üçün int tipli dəyişənlər yaddaşda 4 bayt, double tipli dəyişənlər 8, char tipli dəyişənlər isə 1 bayt yer tuturlar. Tutaq ki int tipli hər hansı x dəyişəni elan etmişik:
int x;
Bu zaman x dəyişəni üçün yaddaşda 4 baytlıq yer ayrılır və həmin yeri x adı ilə müraciət edirik. Əvvəlki dərslərimizdə bunun qrafik olaraq aşağıdakı kimi təsvir edirdik:

Yaddaşın strukturunu daha dəqiq bildiyimizə görə x dəyişəninin yaddaşdakı yerini aşağıdakı kimi təsvir edə bilərik:

x dəyişəni int tipli olduğundan onun üçün yaddaşda 4 bayt yer tələb olunur.
Dəyişənin ünvanı. x dəyişəninin yaddaşdakı vəziyyətini göstərən təsvirdəki baytarı şərti olaraq nömrələyək:

Baxdığımız şəkildə x dəyişəni yaddaşda 1751 ünvanlı baytdan başlayaraq növbəti, həmin bayt da daxil olmaqla 4 bayta yerləşdirilib. x dəyişəninin yerləşdiyi ilk baytın ünvanı, yəni 1751 x dəyişəninin yaddaşdakı ünvanı kimi hesablanır. Ünvanı göstərən ədədlər adətən 16-lıq (HEX) say sistemləri ilə ifadə olunur, misal üçün 0x00CE45D1 v.s. kimi.
Ünvan operatoru
Proqramın icrası zamanı dəyişənin yaddaşda hansı ünvanda yerləşməsini müəyyən etmək mümkündür. Bunun üçün ünvan operatorundan istifadə olunur. Ünvan operatoru & - kimi işarə olunur və sintaksisi aşağıdakı kimidir: &dəyişən
Yəni hər-hansı dəyişənin ünvanın əldə etmək üçün onun adının əvvəlinə ünvan operatorunu yazmalıyıq.
Nümunə. int tipli hər hansı x dəyişəni elan edin. Ünvan operatorundan istifadə etməklə bu dəyişənin ünvanın ekranda çap edin. Proqram aşağıdakı kimi olar:

Yüklə 84,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin