y = &x; Bu zaman y göstəricisi x dəyişəninin yaddaşdakı ünvanına istinad edir, aşağıdakı təsvirdəki kimi:
Daha sonra y –in qiymətini çap eləsək, x –in ünvanı çap olunar.
cout << y ; Tam proqram kodu aşağıdakı kimi olar:
#include using namespace std; int main (){ int x, *y; y = &x; cout << "x -in unvani = " << y ; } Biz verilmiş ünvan dəyişəninə eyni tipdən olan müxtəlif dəyişənlərin ünvanlarını mənimsədə bilərik. Nümunəyə baxaq:
Misal: Həqiqi tiplı göstərici və bir neçə dəyişən elan edin. Göstəricini həmin dəyişənlərin ünvanlarına bir –bir mənimsədib onları çap edin. Proqram aşağıdakı kimi olar:
#include using namespace std; int main (){ float *a, y, z, x; //a gostericisine y -in unvanin meminsedek
a = &y; cout << "y -in unvani = " << a << "\n"; //a gostericisine z -in unvanin meminsedek
a = &z; cout << "z -in unvani = " << a << "\n" ; //a gostericisine x -in unvanin meminsedek
a = &x; cout << "x -in unvani = " << a << "\n" ; } İstinad operatoru (Verilənlərin qiymətlərinin əldə olunması ) Göstəriciyə ünvan mənimsətdikdən sonra həmin ünvanda olan informasiyanı(dəyişənin qiymətini) əldə edə bilərik və həmin informasiyanı dəyişə bilərik. Bunun üçün istinad operatorundan istifadə edilir. İstinad operatoru ulduz (* ) simvolu ilə işarə olunur. İstinad operatorunun sintaksisi aşağıdakı kimidir:
*göstərici ; Ulduz operatorunu məlumatı əldə etmək istədiyimiz göstəricinin əvvəlinə yazırıq. Bu göstəricinin elanına oxşasa da, elandakı ulduz ilə, istinad operatoru olan ulduzu qarışdırmaq olmaz. Elanda sadəcə yazdığımız adın göstərici olduğunu bildirmək üçün əvvəlinə ulduz simvolu artırırıq, istinad operatorunda isə göstəricinin yadda saxladığı ünvandakı məlumata müraciət etmək üçün.
Nümunə1: int tipli x dəyişəni və y göstəricisi elan edin. x dəyişəninə hər hansı qiymət, y göstəricisinə isə x –in ünvanın mənimsədin. Istinad operatorundan istifadə etməklə y göstəricisinin istinad elədiyi ünvanda yerləşən məlumatı çap edin. Kod belə olar: