#include using namespace std; int main (){ int x, *y; //x -e her hansi qiymet verek x = 12; //y-e x-in unvanin menimsedek y = &x; //x-in unvanin cap edek cout << "x -in unvani = " << y << "\n"; //x -de olan melumati cap edek cout << "x -in qiymeti = " << *y << "\n"; } Göstəricinin adının əvvəlinə ulduz simvolu artıraraq onu adi dəyişənlər kimi istifadə edə bilərik. Bu zaman hesab etmək olar ki, göstərici təmsil etdiyi dəyişənə çevrilir.
Misal:
#include using namespace std; int main (){ int x, *y; cout << "Her-hansi eded daxil edin\n"; cin >>x; //y-e x-in unvanin menimsedek
y = &x; cout << *y << " + 5 = " << *y + 5 << "\n"; } Nümunə2.Bu nümunədə göstərici vastəsilə istinad olunan dəyişənə qiymət mənimsədək.
#include using namespace std; int main (){ int x, *y; //x-e qiymet verek
x = 98; //x-in qiymetin cap edek
cout << "x evvel = " << x << "\n"; //y-e x-in unvanin menimsedek
y = &x; //y gostericisi ile x-e yeni qiymet menimsedek
*y = 95; //x-in yeni qiymetini cap edek
cout << "x indi = " << x << "\n"; } Göstəricilər və massivlər C++ dilində göstəricilər massivlərlə sıx bağlıdır. Massivin elementləri yaddaşda ardıcıl yerləşdiyindən göstəricini massiv boyu “yuxarı-aşağı” sürüşdürməklə massivin elementlərinə müraciət etmək, onları dəyişmək, massivləri funksiyalara parametr kimi ötürmək v.s. mümkündür İlk olaraq göstəricilərin massivnin elementlərinə mənimsənilməsindən başlayaq. Adi dəyişənlərdə olduğu kimi, eyni qayda ilə massiv elementlərinin də ünvanlarını göstəricilərə mənimsədə, göstəricilər vastəsilə onların qiymətlərinə mürcaiət edə bilərik.
Nümunələrə baxaq.
Nümunə: Aşağıdakı proqram tam tipli 5 elementdən ibarət x massivi və y göstəricisi elan edir. Daha sonra x massivinin elementlərinə müxtəlif qiymətlər mənimsədilir.
#include